Missiyalar

BİZİM MİSSİYAMIZ

Neft-qaz sektoru müəssisələrinin və digər istehsal sektorlarının bütün tələbatlarını ödəyərək, öz xidmətlərimizi və tədarük edilən məhsulun keyfiyyətini daim yaxşılaşdırmaqla Azərbaycan sənayesinin inkişafına kömək etmək.

VİZYONUMUZ

Daim öz fəaliyyətimizə innovativ yanaşmalarla inkişaf etmək, sahə üzrə həmişə standartlara cavab vermək və Azərbaycanda aparıcı məhsul və xidmət təchizatçılarından biri olmaq.

BİZİM PRİNSİPLƏR

Keyfiyyət

Biz təchiz olunan məhsul və xidmətlərin qiymət-keyfiyyət göstəricisi üzrə optimal parametrin əldə edilməsi üzərində daim işləyirik. Keyfiyyətli mallar, kommunikasiya və insan yanaşması bizim bütün proseslərimizdə şirkətimizin əsasını təşkil edir.

Komanda işi

Bu sahədə səriştəli şəxslər komandamızın qurulduğu gündən bir-biri ilə harmoniya şəraitində işləmişdir. Bu, şirkətimizin ən böyük gücüdür. Bu komanda işi sayəsində biz sektorumuzda güclü ailəyə çevrilmişik.